Futzal millimiz dünya çempionatının Əsas raundunun 3-cü qrupunda son görüşünü keçirib.
ÇıxışYolu.Com xəbər verir ki, Elit raunda vəsiqəni təmin etmiş millimiz qrup liderliyi üçün Slovakiya ilə qarşılaşıb.
Görüş millimizin 2:0 hesablı qələbəsilə başa çatıb. Yığmamızın qollarını braziliyalı legionerlər – Bolinya və Vasura vurub.
Bununla da Joze Alesionun baş məşqçisi olduğu millimiz qrupu doqquz xalla lider kimi tamamlayıb.
Qeyd edək ki, yığmamız bundan əvvəl Moldovanı 3:1 və Monteneqronu 3:2 hesabı ilə məğlub edib. Qrupun bütün görüşləri Bakı İdman Sarayında keçirilib.
Səbuhi Musayev