503dbc2b-6ccb-47b4-99a0-3212bd4bbe75..jpg

Futzal üzrə Avropa çempionatının seçmə mərhələsinin oyun təqvimi açıqlanıb

Baxış sayı: 484 dəfə baxılıb.

Futzal üzrə Avropa çempionatının seçmə mərhələsinin oyun təqvimi açıqlanıb
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Futzal üzrə Avropa çempionatının seçmə mərhələsinin oyun təqvimi açıqlanıb.

Bu barədə Azərbaycan Futzal Federasiyası məlumat yayıb.

Bildirilib ki, ilkin mərhələnin püşkü 2024-cü il yanvarın 25-də atılacaq.

Oyunlar isə aprelin 8-dən 17-dək keçiriləcək. Həmin raundda uğur qazanacaq
millilər mübarizəyə birbaşa əsas mərhələdən başlayacaq komandalara qoşulacaqlar.

Azərbaycan millisinin mübarizəyə qoşulacağı əsas mərhələnin püşkatma mərasimi
2024-cü il iyulun 17-də təşkil olunacaq. Burada ilk oyunlar ev-səfər sistemi
ilə 9-18 dekabr 2024-cü il tarixlərində baş tutacaq. Digər qarşılaşmalar
2025-ci il yanvarın 27-dən fevralın 5-dək, 3-12 mart və 7-16 aprel
aralıqlarında reallaşacaq.

Pley-offun püşkü 15 may, oyunları 15-24 sentyabr 2025-ci il tarixlərində baş
tutacaq. Final mərhələsi isə 18 yanvar – 8 fevral 2026-cı ildə təşkil olunacaq.

Reytinq cədvəlinin aşağı pillələrində qərarlaşan komandalar ilkin mərhələdən
mübarizəyə başlayacaqlar. Burada oyunlar mini-turnir şəklində keçiriləcək. Əsas
mərhələdə isə ümumilikdə 40 komanda yarışacaq. Bura ilkin mərhələdən vəsiqə
qazananlar və reytinqi yüksək olduğuna görə mübarizəyə birbaşa əsas mərhələdən
başlayacaq kollektivlər daxildirlər. 40 komanda hər birində 4 iştirakçı olmaqla
10 qrupa bölünəcək. Oyunlar ev-səfər qaydasında keçiriləcək. Qrup qalibləri
birbaşa final mərhələsinə vəsiqə qazanacaqlar. Ən yaxşı göstəriciyə malik
olacaq 8 “ikinci” isə pley-off-da iştirak edəcək və qalib gələn 4 komanda
AVRO-2026-ya yollanacaq.

Qeyd edək ki, Avropa çempionatı 2026-cı ildə Riqa və Kaunas şəhərlərində
keçiriləcək. Həlledici mərhələdə 16 komanda iştirak edəcək ki, onlardan 14-ü
seçmə mərhələdən vəsiqə qazanacaq.

Source link