601f2d82-5708-4f2a-8d4a-8975b47ed1b8..jpg

Futzal üzrə Azərbaycan millisinin heyəti açıqlandı – SİYAHI

Baxış sayı: 562 dəfə baxılıb.

Futzal üzrə Azərbaycan millisinin heyəti açıqlandı – SİYAHI

DÇ-2024-ün elit-raund mərhələsində sentyabrın 15-də səfərdə Rumıniya, beş gün
sonra Bakıda Niderland yığması ilə qarşılaşacaq futzal üzrə Azərbaycan
millisinin təlim-məşq toplanışı başlayıb.

Federasiyadan verilən məlumata görə, bu gün və sabah Bakıda hazırlıq keçəcək
komanda sentyabrın 13-də Bakı-İstanbul-Buxarest hava reysi ilə səfərə
yollanacaq. İki gün oyunun keçiriləcəyi Buzau şəhərindəki “Romeo lamadi
arena”da məşq edəcək kollektiv matçın ertəsi gün Bakıya dönəcək.

Sentyabrın 17-dən 20-dək hazırlığını Bakı İdman Sarayında reallaşdıracaq
millinin baş məşqçisi Vitali Borisov təlim-məşq toplanışına 14 futzalçı dəvət
edib:

Qapıçılar: Emin Kürdov (“Araz-Naxçıvan”), Rövşən Hüseynli (“Atırau”,
Qazaxıstan)

Oyunçular: Xətai Bağırov, Amadeu, İsa Atayev, Felipinyo, Xəzər Ağalızadə,
Novruz Kazıxanov (hamısı “Araz-Naxçıvan”), Hadi Ahmadi (“Aktobe”, Qazaxıstan),
Amir Şocaei (“Neftçi” İK), Everton Kardoso “Qallo” (“Manzanares”, İspaniya),
Rafael Vilela, Eduardo Borges (hər ikisi RSCA, Belçika), Oktay Rüstəmli (“Baku
Fire”)

Source link