7dd746b0-38b7-4b49-bf5a-137cef2364ea..jpg

Futzal üzrə Azərbaycan millisinin Yunanıstanla oyununun hakimləri açıqlanıb

Baxış sayı: 1. 028 dəfə baxılıb.

Futzal üzrə Azərbaycan millisinin Yunanıstanla oyununun hakimləri açıqlanıb

Futzal üzrə Azərbaycan millisinin DÇ-2024-ün əsas mərhələsində Yunanıstanla
keçirəcəyi oyunun hakim təyinatları açıqlanıb.

“Report”un məlumatına görə, qarşılaşmanı Portuqaliyadan olan referilər idarə
edəcəklər.

Eduardu Koelyu birinci, Kristianu Santus ikinci, Felipe Duarte üçüncü hakim
kimi iş başında olacaqlar. Xorvatiyalı Edi Sunjiç hakim-inspektor kimi Bakıya
səfər edəcək. Matçın UEFA nümayəndəsi isə Hyugen Kim Robin (Norveç) olacaq.

Qeyd edək ki, martın 3-də Bakı İdman Sarayında keçiriləcək Azərbaycan –
Yunanıstan oyunu saat 20:00-da başlayacaq.

Source link