Bütün tarixi mənbələrdə, Vikipediya materiallarında, həmçinin bütün məşhur məktəb dərsliklərində Azərbaycanın görkəmli şairi Füzulinin anadan olduğu (1494) və vəfat etdiyi (1556) tarixlər haqqında məlumat var.
ÇıxışYolu.Com-ın verdiyi məlumata görə, 1934-cü ildə Moskvada keçirilən sovet yazıçılarının Birinci qurultayında Azərbaycan nümayəndə heyətinin başçısı, Azərbaycan Yazıçılar Birliyinin sədri, Azərbaycan Dövlət Universitetinin (indi BDU – red.) ilk rektoru Məmməd-Kazım Ələkbərli öz hesabatında iddia ilə çıxış edərək bildirir ki, dahi Füzulinin ölüm tarixi haqqında olan fikir həqiqətə uyğun gəlmir.
Bu barədə ÇıxışYolu.Com-a M.K.Ələkbərlinin qardaşının nəvəsi Ələkbər Ələkbərov danışıb.
“Adət edilmiş fikir – Füzuli 73 il yaşayıb. Halbuki Azərbaycan alimi Ələkbərli o vaxtın ən məşhur ədəbiyyatşünasları – Maksim Qorki, İsaak Babel, Lui Araqona, Martin Andersen Nekse, Jan-Rişar Bloka, Andre Malro, Rafael Alberti qarşısında çıxış edərək bildirib ki, “Azərbaycanın dahi şairi Füzuli ömrünün 73-cü deyil, 65-ci ilində vəfat edib.
Bunun üçün tarixi nöqteyi-nəzərdən alimin öz sübutları var idi.
Qısa zaman, təxminən 10-15 il ərzində aparılan araşdırmalarımız bizi əsl həqiqətə aparıb çıxardı. Qeyd etmək lazımdır ki, bu barədə izinə düşdüyümüz materialların bir çoxu, Avropa muzey və kitabxanalarında yerləşir”, – deyə Ələkbərli öz hesabatında qeyd edirdi.
“Azərbaycan aliminin bu hesabatını oxuyarkən, özündən asılı olmayaraq, sual yaranır. Nəyə görə 80 ildən sonra heç bir azərbaycanlı tədqiqatçı bu məsələ ilə məşğul olmayıb? Axı Ələkbərli və onun silahdaşları bilirdilər ki, dahi Füzulinin həyat və yaradıcılığı haqqında dəqiq məlumatlar Avropanın hansısa gizli arxivində tozlanır və sadəcə onu axtarmaqla məşğul olmaq lazımdır.
Əgər o vaxtlar hər hansı bir müstəqil tədqiqatla məşğul olmaq fantastika idisə, bu gün bunun üçün bütün lazımi şərait yaradılıb.
İndi araşdırmaların başlanması üçün tək Füzuli adının çəkilməsi ölkənin bütün hökumət qapılarını aça bilər. Tədqiqatçıların təşəbbüsü olarsa, dövlət özü də buna maraq göstərə bilər”, – deyə Ələkbərli qeyd edib.
Ələkbər Ələkbərlinin öz şəxsi arxivindən: Azərbaycan yazıçılarının 1-ci Qurultayı: (sağdan sola oturanlar): R.B.Əfəndiyev, V.Vişnevski, A.Şirvanzadə, Abdulla Şaiq, Y.V.Çəmənzəminli, Məmməd Kazım Ələkbərli; (sağdan sola ayaq üstə duranlar): Yefim Qurviç, M.Rəfili, C.Cabbarlı, Qantemir, M.S.Ordubadi, Ə.Cavad, S.Vurğun, M.Hüseyn. Bakı 13 iyun 1934-cü il.
Əli Məmmədov