c0c08b18-4d86-4625-bc8f-4939d28652f4..jpg

Füzuli Şəhəri Günü ilə bağlı atəşfəşanlıq olub – FOTO/VİDEO

Baxış sayı: 697 dəfə baxılıb.

Füzuli Şəhəri Günü ilə bağlı atəşfəşanlıq olub – FOTO/VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Füzuli şəhəri günü münasibətilə atəşfəşanlıq olub.

APA xəbər verir ki, şəhər günü ilə bağlı proqram iki hissədən ibarət olub.

Birinci hissədə 8 guşədən ibarət “Füzuli hücrələri” adlı bədii kompozisiya,
həmçinin ümummili lider Heydər Əliyevə, Məhəmməd Füzuliyə, “Yedditəpə
kurqanlar” abidəsinə, “Azərxalça”ya aid sərgilərlə yanaşı, konsert proqramı və
meydan səhnəciyi nümayiş olunub.

Daha sonra proqramın ikinci hissəsi başlayıb.

Burada “Natiq ritm qrupu”nun repertuarından “Dəmir yumruq” kompozisiyaı və
digər bir neçə ritmik mahnı səsləndirilib.

Proqrama Füzuli şəhər günü münasibətilə atəşfəşanlıqla yekun vurulub.

Qeyd edək ki, Füzuli şəhər günü Mədəniyyət Nazirliyi, Heydər Əliyev Fondu və
Azərbaycan Respublikası Prezidentinin Qarabağ iqtisadi rayonundakı işğaldan
azad edilmiş ərazilərdə xüsusi nümayəndəliyinin birgə təşkilatçılığı ilə həyata
keçirilib.

Source link