4986a43f-566c-49e9-bb46-29c7ded4643a..jpg

Füzuli şəhərinə köçən növbəti 21 ailəyə evlərinin açarları təqdim olunub – YENİLƏNİB + FOTO

Baxış sayı: 442 dəfə baxılıb.

Füzuli şəhərinə köçən növbəti 21 ailəyə evlərinin açarları təqdim olunub –
YENİLƏNİB + FOTO

Bu gün növbəti köç karvanı ilə Füzuliyə çatan ailələrə mənzillərinin açarları
təqdim olunub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu gün 21 ailə olmaqla, 88 nəfər
Füzuli sakini doğma yurduna qovuşub.

Füzuli şəhərinə çatan ailələr Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə
Dövlət Komitəsinin, Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş
ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin
xüsusi nümayəndəliyinin əməkdaşları tərəfindən böyük coşqu ilə qarşılanıblar.

Füzuliyə qayıdan ailələr sevinc hissi ilə mənzillərinin açarlarını təhvil
alıblar.

Bununla da Füzuli şəhərində 208 ailə olmaqla, 749 nəfərin daimi məskunlaşması
təmin edilib. Qarşıdakı günlərdə Füzuli şəhərinə ailələrin köçürülməsi davam
edəcək.

06:43

Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb.

Cixisyolu.com-ın məlumatına görə, Qaradağ rayonu, Lökbatan qəsəbəsində məcburi
köçkünlər üçün inşa edilmiş “Qobu Park-3” yaşayış kompleksinin qarşısından 21
ailə (88 nəfər) Füzuli şəhərinə yola salınıb.

Xatırladaq ki, Füzuli şəhərində 187 ailə, yəni 661 nəfərin daimi məskunlaşması
təmin edilib.

Daha çox şəkil burada: PhotoStock.az

Aytac Qasımova

Source link