Füzuli şəhərinə köç edən daha 30 ailəyə mənzillərinin açarları təqdim edilib –
YENİLƏNİB + FOTO/VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Füzuli şəhərinə köçən daha 30 ailəyə (104 nəfər) evlərinin açarları təqdim
edilib.
“Report” xəbər verir ki, mərasimdə Qaçqınların və Məcburi Köçkünlərin İşləri
üzrə Dövlət Komitəsinin, Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad
edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası
Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşları iştirak ediblər.
12:45
Qaradağ rayonu Lökbatan qəsəbəsində məcburi köçkünlər üçün salınmış “Qobu
Park-3” yaşayış kompleksindən yola salınan 30 ailədən ibarət növbəti köç
karvanı Füzuli şəhərinə çatıb.
“Report” xəbər verir ki, şəhərdə doğma yurduna qayıdanların qarşılanma
mərasimi keçirilib.
06:30
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Füzuli şəhərinə növbəti köç
karvanı yola salınıb.
Cixisyolu.com-ın məlumatına görə, respublikanın müxtəlif ərazilərində yataqxana,
sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda
müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı yanvarın 26-da
Bakı şəhərinin Qaradağ rayonundan yola salınıb. Bu mərhələdə Füzuli şəhərinə
daha 30 ailə – 104 nəfər köçürülür.
Prezident, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli
Azərbaycan Ordusunun qazandığı Zəfər nəticəsində məcburi köçkünlərin 30 ildən
sonra könüllü, təhlükəsiz və ləyaqətlə doğma yurdlarına qayıtmasına imkan
yaranıb. Doğma yurda qayıdan Füzuli sakinləri hərtərəfli dövlət qayğısı ilə
əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident
Mehriban Əliyevayatəşəkkür ediblər. Onlar, həmçinin, torpaqlarımızı işğaldan
qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə
minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət,
ailələrinə səbir diləyiblər.
Füzulinin balaca sakini Famil Məmmədli isə yola düşməmişdən öncə qarmonda
“Qarabağ” (daha çox “Anadır arzulara hər zaman Qarabağ” adı ilə tanınır – red.)
mahnısını ifa edib.
Xatırladaq ki, indiyədək Füzuli şəhərində 500 ailənin (1 854 nəfər) daimi
məskunlaşması təmin edilib.
Aytac Qasımova