be46285b-b880-4bea-a026-8916aaf4a7ec..jpg

Füzuli şəhərində daha 21 ailəyə evlərinin açarları təqdim olunub – YENİLƏNİB – FOTO

Baxış sayı: 505 dəfə baxılıb.

Füzuli şəhərində daha 21 ailəyə evlərinin açarları təqdim olunub – YENİLƏNİB –
FOTO

Səhər saatlarında növbəti köç karvanı ilə Bakı şəhərinin Qaradağ rayonundakı
“Qobu Park-3” yaşayış kompleksindən yola salınan 21 ailə Füzuliyə çatıb.

AZƏRTAC xəbər verir ki, Füzuli şəhərinə çatan ailələr sevinc hissi ilə
mənzillərinin açarlarını təhvil alıblar.

Bununla da Füzuli şəhərində 165 ailə olmaqla, 602 nəfərin daimi məskunlaşması
təmin edilib. Qarşıdakı günlərdə Füzuli şəhərinə ailələrin köçürülməsi davam
edəcək.

12:56

Bu gün səhər saatlarında növbəti köç karvanı ilə Bakı şəhərinin Qaradağ
rayonundakı “Qobu Park-3” yaşayış kompleksindən yola salınan 21 ailə Füzuliyə
çatıb.

“Report” xəbər verir ki, 88 sakin doğma yurduna qovuşub.

Füzuli şəhərinə çatan ailələr Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə
Dövlət Komitəsinin, Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş
ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin
xüsusi nümayəndəliyinin əməkdaşları tərəfindən qarşılanıb.

Onlar doğma yurda qovuşmağın sevincini yaşayıb, daha əvvəl Füzulidə
məskunlaşan həmyerliləri ilə görüşərək Vətənə qovuşmağın sevincini paylaşıblar.

07:54

Füzuli şəhərinə növbəti köç karvanı artıq yola salınıb.

Cixisyolu.com-ın məlumatına görə, Qaradağ rayonu, Lökbatan qəsəbəsində məcburi
köçkünlər üçün inşa edilmiş “Qobu Park-3” yaşayış kompleksinin qarşısından 21
ailə (88 nəfər) Füzuli şəhərinə yola salınıb.

Xatırladaq ki, Füzuli şəhərində indiyədək 144 ailə, yəni 514 nəfərin daimi
məskunlaşması təmin edilib.

Daha çox şəkil burada: PhotoStock.az

Aytac Qasımova

Source link