Füzuli şəhərinin daxili yol-küçə şəbəkəsinin təməli qoyulub

Baxış sayı: 933 dəfə baxılıb.

Füzuli şəhərinin daxili yol-küçə şəbəkəsinin təməli qoyulub

Mayın 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci
vitse-prezidentMehriban Əliyeva Füzuli şəhərinin daxili yol-küçə şəbəkəsinin
təməlinin qoyulması mərasimində iştirak ediblər.

AZƏRTAC

xəbər verir ki, dövlətimizin başçısına və Birinci vitse-prezidentə şəbəkə
barədə məlumat verilib.

Bildirilib ki, şəhərdaxili yolların ümumi uzunluğunun 87 kilometrdən çox
olması nəzərdə tutulub. İlkin mərhələdə 18,5 kilometr yolun tikintisi
planlaşdırılır. Birinci dərəcəli ümumşəhər əhəmiyyətli prospektlərin eni 44,
ikinci dərəcəli ümumşəhər əhəmiyyətli prospektlərin eni 34, ümumşəhər
əhəmiyyətli küçə və yolların eni 24, yerli əhəmiyyətli küçə və yolların eni isə
20 metr olacaq.

Şəhərdaxili yollarda piyadaların rahat hərəkətini təmin etmək üçün piyada
yolları, ətraf mühitə dəyən zərəri azaltmaq üçün yaşıllıq zolaqları, sağlamlığa
faydalı vərdişləri artırmaq üçün velosiped yolları, ictimai nəqliyyat üçün
xüsusi hərəkət zolaqları yaradılacaq. Prospektlərin dördzolaqlı, küçə və
yolların isə ikizolaqlı olacağı planlaşdırılır.

Füzuli şəhərində daxili yol-küçə şəbəkə sxemi və kommunikasiya xətlərinin
layihəsi vahid işçi qrupu tərəfindən bütün qurumların rəyi alınmaqla
hazırlanıb. Şəhərdaxili yollar inşa olunarkən piyada səkilərinin altından
keçəcək elektrik, qaz, su, rabitə, kanalizasiya və yağış sularının axıdılması
xətləri ilə birlikdə həyata keçiriləcək. Bu isə həm vaxta, dövlət vəsaitinin
qənaətinə, işlərin optimallaşdırılmasına və yüksək səviyyədə
əlaqələndirilməsinə imkan yaradacaq, habelə kommunikasiya şəbəkələrinin paralel
çəkilməsi zamanı yarana biləcək problemlərin aradan qaldırılmasına imkan
verəcək.

Prezident İlham Əliyev Füzuli şəhərinin daxili yol-küçə şəbəkəsinin təməlini
qoyub.

Sonra dövlətimizin başçısına və Birinci vitse-preizidentə Qazaxıstanın
“Bİ-Group” Holdinqi tərəfindən Füzuli şəhərində uşaqlar üçün inşa edilən
Kurmanqazı adına Yaradıcılığın İnkişafı Mərkəzinin tikintisi barədə də məlumat
verilib.

Source link