Füzuli sakini: “Əmin idik ki, bir gün öz yurdumuza qayıdacağıq”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“Biz heç vaxt inamımızı itirmədik, əmin idik ki, bir gün öz yurdumuza
qayıdacağıq”.
Bunu Cixisyolu.com-a açıqlamasında bu gün Füzuli şəhərinə köç edən keçmiş məcburi
köçkünZüleyxa Əli qızı Məmmədova deyib.
O bildirib ki, doğma yurdu ilə bağlı heç nə xatırlamır:
“Çox həyəcanlıyam, çünki mən Füzuli ilə bağlı heç nə xatırlamıram. Çünki
torpağımızı məcburən tərk edəndə yaşım çox az idi, amma bu gün öz gözümlə
görməyə gedirəm. Ailəmlə, övladlarımla birlikdə gedirəm. Müşfiqabad qəsəbəsində
yaşayırdıq. Dövlətimiz bizi evlə təmin etmişdi. İndi isə Füzuliyə qayıdırıq. Bu
günləri bizə yaşatdığı üçün Ali Baş Komandanımıza, müzəffər Ordumuza
minnətdarıq. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin!”
Xatırladaq ki, bu gün növbəti köç karvanı Füzuli şəhərinə yola salınıb. Daha
30 ailə, 106 nəfər öz doğma yurduna köçürülüb. Bununla da ümumilikdə 440
ailənin (1 625 nəfər) Füzuli şəhərində məskunlaşması təmin edilib.
Aytac Qasımova