8e1efafa-f291-41dd-920a-d519aeed602b..jpg

Füzuli sakini: “Əsgər yoldaşlarımın qanı ilə yoğrulan doğma yurduma gedirəm”

Baxış sayı: 477 dəfə baxılıb.

Füzuli sakini: “Əsgər yoldaşlarımın qanı ilə yoğrulan doğma yurduma gedirəm”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Bu gün keçmiş döyüşçü kimi çox kədərlənirəm, əsgər yoldaşlarımın qanı ilə
yoğrulan doğma yurduma gedirəm”.

Bunu Cixisyolu.com-a açıqlamasında bu gün Füzuli şəhərinə köç edən keçmiş məcburi
köçkünFazil Ağayev deyib.

O bildirib ki, bu günlər ona yuxu kimi gəlir:

“Döyüşçü olmuşam. Həm də məktəbdə hərbi rəhbər işləmişəm. Bizim o torpaqlarda
qanımız tökülüb, torpağımız şəhid qanı ilə yoğrulub. Ona görə çox kədərlənirəm.
Hərbi rəhbər kimi çalışdığım hər günümdə, hər dəqiqəmdə balalarımızın
vətənpərvər ruhda böyüməsi, tərbiyə alması üçün əlimdən gələni etmişəm. Bakıda
Zirə qəsəbəsində yaşayırdım. Bu gün isə öz doğma yurduma qayıdıram. Bu günləri
bizə yaşatdığı üçün Ali Baş Komandanımıza, müzəffər Ordumuza minnətdarıq. Allah
şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin!”

Xatırladaq ki, bu gün növbəti köç karvanı Füzuli şəhərinə yola salınıb. Daha
30 ailə, 104 nəfər öz doğma yurduna köçürülür. Bununla da ümumilikdə 500
ailənin (1 854 nəfər) Füzuli şəhərində məskunlaşması təmin edilib.

Aytac Qasımova

Source link