Füzuli sakini: “Məcburi köçkün həyatı bu gün burada sona çatır”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“Atama, anama bu günləri görmək qismət olmadı”.
Bunu Cixisyolu.com-a açıqlamasında bu gün Füzuli şəhərinə köç edən keçmiş məcburi
köçkünMisir Qaçay oğlu Mehrəlizadə deyib.
O bildirib ki, 32 yaşında çıxdığı doğma yurduna 65 yaşında qayıdır:
“Bu gün ailəmlə doğma yurduma qayıdıram. Atamın, anamın da ən böyük arzusu idi
Füzuliyə qayıtmaq, amma nəsib olmadı. Qaradağ rayonu, Sahil qəsəbəsində
yaşayırdıq. Artıq bu gündən öz doğma yurdumuzda, öz evimizdə yaşayacağıq.
Məcburi köçkün həyatı bu gün burada sona çatır. Bu günləri bizə yaşatdığı üçün
Ali Baş Komandanımıza, müzəffər Ordumuza minnətdarıq. Allah şəhidlərimizə
rəhmət eləsin, qazilərimizə cansağlığı versin!”
Xatırladaq ki, bu gün növbəti köç karvanı Füzuli şəhərinə yola salınıb. Daha
27 ailə, 115 nəfər öz doğma yurduna köçürülür. Bununla da ümumilikdə 527
ailənin (1 969 nəfər) Füzuli şəhərində məskunlaşması təmin edilib.
Aytac Qasımova