fcb7737c-d9ca-464f-94f5-6a2ca3bd14de..jpg

Füzuli sakini: “Qısa müddətdə torpaqlarımızda cənnət yaradıldı”

Baxış sayı: 389 dəfə baxılıb.

Füzuli sakini: “Qısa müddətdə torpaqlarımızda cənnət yaradıldı”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Prezident İlham Əliyev dünyada bir ilkə imza atan liderdir”.

Bunu Cixisyolu.com-a açıqlamasında bu gün Füzuli şəhərinə köç edən keçmiş məcburi
köçkünSəfa Zülfüqar oğlu Bağırov deyib.

O bildirib ki, ən böyük arzusu Füzuli şəhərinə köçmək idi:

“Bəlkə də, dünyanın heç bir yerində belə praktika yoxdur. Torpaqlar azad
olunandan cəmi üç-dörd il sonra məcburi köçkünlər öz yurd-yuvalarına
köçürüldülər. Qısa müddətdə torpaqlarımızda cənnət yaradıldı. Hələ də proses
davam edir.

Mən Füzulidən çıxanda 41 yaşım var idi, indi 75 yaşım var. Nəvə-nəticələrimlə
öz yurduma qayıdıram. Çox sevincliyəm.

Bu günləri bizə yaşatdığı üçün Ali Baş Komandanımıza, müzəffər Ordumuza
minnətdarıq. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin!”

Qeyd edək ki, bu gün növbəti köç karvanı Füzuli şəhərinə yola salınıb. Bu
mərhələdə daha 39 ailə (150 nəfər) öz doğma yurduna köçürülür.

Xatırladaq ki, indiyədək Füzuli şəhərində 744 ailənin, yəni 2 839 nəfərin
daimi məskunlaşması təmin edilib.

Aytac Qasımova

Source link