Füzuli sakini: “Tarixi anların bir parçası olmaqdan qürur duyuram”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“Tarixi anların bir parçası olmaqdan qürur duyuram”.
Bu sözləri Cixisyolu.com-a açıqlamasında bu gün Füzuli şəhərinə köç edən keçmiş
məcburi köçkünMətanət Zeynalova deyib.
O bildirib ki, Füzuli şəhərindən çıxarkən 12 yaşı olub:
“Füzulidən atam, anam, bacım və qardaşımla çıxmışdım. Atam qələbəmizi gördü,
amma bu günləri görə bilmədi. Çox istəyərdim ki, atam da bu günləri görsün.
Bizə bu günləri yaşadan Ali Baş Komandana, müzəffər Ordumuza təşəkkürümüzü
bildiririk. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin!”
Xatırladaq ki, bu gün Füzuli şəhərinə növbəti köç karvanı yola düşür. Bununla
da 380 ailənin (1 392 nəfərin) doğma yurda köçü və məskunlaşması təmin edilib.
Aytac Qasımova