eb8d7a4f-f43e-4ba5-95d2-a5a662e8556a..jpg

Füzuli sakini: “Uşaqlığımızı, xatirələrimizi qoyub gəldiyimiz el-obamıza qayıdırıq”

Baxış sayı: 666 dəfə baxılıb.

Füzuli sakini: “Uşaqlığımızı, xatirələrimizi qoyub gəldiyimiz el-obamıza
qayıdırıq”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“On bir yaşım var idi, bulaq başında əlimə xına qoyurdum”.

Bunu Cixisyolu.com-a açıqlamasında bu gün Füzuli şəhərinə qayıdan keçmiş məcburi
köçkünAidə Zülfüqarova doğma yurdu ilə bağlı xatirələrini bölüşərkən deyib.

O bildirib ki, Füzuli haqqında danışanda hər dəfə kövrəlir:

“Füzulidən çıxanda 11 yaşım vardı, balaca, məktəbli uşaq idim. Uşaq olsam da,
hər şeyi xatırlayıram. O günlər yadıma düşəndə, Füzulidən danışanda həmişə
qəhər məni boğur. Xatırlayıram, qızlarla bulaq başına gedərdik, xına daşı
deyirdilər biz tərəfdə, xına otunu o daşın üstündə hazırlayıb, əlimizə xına
qoyurduq. Çox gözəl günlər idi. Allah bu günləri bizə çox görməsin. Artıq
uşaqlığımızı, xatirələrimizi qoyub gəldiyimiz el-obamıza qayıdırıq. Bu günləri
bizə yaşatdığı üçün Ali Baş Komandanımıza, müzəffər Ordumuza minnətdarıq. Allah
şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin”.

Xatırladaq ki, bu gün növbəti köç karvanı Füzuli şəhərinə yola salınıb. Daha
30 ailə, 125 nəfər öz doğma yurduna köçürülür. Bununla da ümumilikdə 470
ailənin (1 750 nəfər) Füzuli şəhərində məskunlaşması təmin edilib.

Aytac Qasımova

Source link