Füzulinin işğaldan azad olunması günü ilə əlaqədar oktyabrın 17-də “Mingəçevir
Reqatası-2024” beynəlxalq turnirində iştirak edəcək komandaların rəsmi paradı
olub.
Cixisyolu.com xəbər verir ki, tədbirdə Azərbaycan, Estoniya, Gürcüstan, İtaliya,
Macarıstan, Qazaxıstan, Litva, Moldova, Polşa, Türkiyə, Ukrayna və
Özbəkistandan 100-dək idmançı iştirak edib.
Yarış iştirakçıları turnirinin keçirildiyi əraziyə qədər yürüş ediblər.
Qeyd edək ki, Gənclər və İdman Nazirliyi, Azərbaycan Kanoe və Avarçəkmə
Federasiyasının (AKAF) birgə təşkilatçılığı ilə təşkil edilən turnirə oktyabrın
18-də Mingəçevirdəki “Kür” Olimpiya Tədris-İdman Mərkəzində yekun vurulacaq.