90d62fe3-52a3-4b60-beab-bda7223659d3..jpg

Füzulidə dəhşətli cinayət: Arvadını kabab yediyinə görə öldürdü

Baxış sayı: 602 dəfə baxılıb.

Füzulidə dəhşətli cinayət: Arvadını kabab yediyinə görə öldürdü
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Füzuli rayonunda 1984-cü il təvəllüdlü Əfqan ailə münaqişəsi zəminində həyat
yoldaşı Dilarəni (adlar şərti verilib – red.) qətlə yetirib.

Telegraf.com-un əldə etdiyi məlumata görə, Əfqan 23 sentyabr 2023-cü ildə
axşam saatlarında arvadı Dilarə ilə mübahisə edib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Əfqan ona elan
olunmuş ittiham üzrə özünü təqsirli bilib.

O qeyd edib ki, 2004-cü ildə Dilarə ilə rəsmi nikaha daxil olmaqla ailə qurub,
birgə nikahdan bir oğlu var.

Təqsirləndirilən şəxsin sözlərinə görə, 23 sentyabr 2023-cü ildə evdə olan
zaman Bakı şəhərində yaşayan dayısı oğlu Əli arvadı Nərminə ilə birlikdə
qohumlarının yas mərasimində iştirak etmək üçün onlara gəliblər:

“Yas yeri uzaq olduğuna görə yeznəm Cavidə zəng vurub öz maşını ilə bizə
gəlməsini xahiş etdim. Təxminən bir saat sonra Cavid “Mercedes Benz” markalı
avtomobili ilə bizə gəldi. Birlikdə yas mərasiminə getdik. Təxminən yarım saat
sonra qayıtmağa qərar verdik. Bu dəfə Əlinin hazırda adını unutduğum baldızı da
bizimlə gəldi. Yas mərasiminə getməzdən öncə həyətdən qaz kəsib Dilarəyə verdim
ki, təmizləsin. Qaz ətindən kabab bişirərək qonaqlarla birlikdə yedik”.

Əfqan bildirib ki, həmin gün, təxminən saat 14 radələrində qonaqlar gediblər:

“Axşam saatlarında Dilarəyə irad tutdum ki, bəs sən gördün, qonaq sayı çoxdur,
yemək azlıq edir, nəyə görə sən də oturub yedin. Sözlərim Dilarənin xətrinə
dəydi, danışıb gileylənməyə başladı. Mübahisə zamanı Dilarəni döymədim”.

O, sentyabrın 24-ü saat 20 radələrində həmin mübahisəyə görə valideyinlərinin
evinə getmək istəyən Dilarədən dəfələrlə getməməyini tələb edib.

Qadın həyat yoldaşının sözlərinə əhəmiyyət verməyib. Əfqan Dilarənin
ata-anasının evinə getməsini özünə qarşı hörmətsizlik kimi qəbul edib. O,
qəzəblənərək arvadını öldürmək qərarına gəlib.

Bu məqsədlə saat 21 radələrində sərxoş vəziyyətdə yaşadığı evin mətbəxindən
bıçağı götürərək piyada Dilarənin valideyinlərinin evinə gəlib. Darvazanın
içəridən bağlı olduğunu gördükdə dəmir çəpərdən aşmaqla evin həyətinə daxil
olub.

Daha sonra evin qapısının açıq olduğunu görüb və içəriyə girib. Dilarənin
olduğu otağa keçərək onun divanda oturduğunu görüb. Dilarəyə yaxınlaşaraq ondan
yaşadıqları evə qayıtmasını tələb edib. Dilarə təkidlə yaşadıqları evə
qayıtmayacağını və boşanacağını bildirdikdən sonra onu öldürmək qərarını
qətiləşdirib.

Əfqan özü ilə gətirdiyi bıçağı belindən çıxararaq Dilarənin döş qəfəsinin sol
hissəsinə zərbə vurub. Qadın aldığı xəsarətdən vəfat edib.

İstintaq orqanı tərəfindən Əfqanın barəsində Cinayət Məcəlləsinin 120.1
(qəsdən adam öldürmə) və 157.1-ci (Azərbaycan Respublikasının qanunları ilə
müəyyən edilmiş əsaslar olmadan, mənzildə yaşayanın iradəsi ziddinə mənzilə
daxil olma) maddələri ilə ittiham elan edilib.

Bu cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin
hökmü ilə Əfqan 10 il dörd ay müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını
ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.

Source link