Füzulidə daha 22 ailəyə evlərinin açarları təqdim olunub – YENİLƏNİB +
FOTO/VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, yenidən qurulan Füzuli
şəhərinə keçmiş məcburi köçkünlərin qayıdışı davam edir. Bu gün növbəti köç
karvanı ilə Füzuliyə çatan ailələrə mənzillərin açarları təqdim olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, 22 ailə olmaqla, 94 nəfər Füzuli
sakini bu gün doğma yurduna qovuşub. Füzuliyə qayıdan köç karvanı respublikanın
müxtəlif ərazilərində yataqxana, sanatoriya, düşərgə, yarımçıq tikililər və
inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət olub.
Ailələr Füzulidə böyük coşqu ilə qarşılanıblar. Füzuli sakinləri hərtərəfli
dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident, Müzəffər Ali Baş
Komandan İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya,
torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər
və zabitlərimizə minnətdarlıqlarını ifadə ediblər.
Sonra evlərin açarlarının təqdim edilməsi mərasimi olub. Mərasimdə Qarabağ
iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu
istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin
əməkdaşı Eldar Seyidov, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət
Komitəsinin əməkdaşları və digər şəxslər iştirak ediblər. Ailələr sevinc hissi
ilə mənzilllərinin açarlarını təhvil alaraq yeni evlərində məskunlaşıblar.
Bununla da Füzuli şəhərində 380 ailə olmaqla, 1392 nəfərin daimi məskunlaşması
təmin edilib. Qarşıdakı günlərdə Füzuli şəhərinə ailələrin köçürülməsi davam
edəcək.
14:29
Bakı şəhərinin Qaradağ rayonundan yola salınan növbəti köç karvanı Füzuli
şəhərinə çatıb.
“Report” xəbər verir ki, bu mərhələdə Füzuli şəhərinə daha 22 ailə – 94 nəfər
köçürülüb.
Xatırladaq ki, indiyədək Füzuli şəhərinə 380 ailənin, yəni 1 392 nəfərin daimi
məskunlaşması təmin edilib.
07:49
Füzuli şəhərinə növbəti köç karvanı Bakı şəhərinin Qaradağ rayonundan yola
düşüb.
Cixisyolu.com-ın məlumatına görə, bu gün Füzuli şəhərinə daha 22 ailə (94 nəfər)
köçürülür.
06:39
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Füzuli şəhərinə növbəti köç
karvanı yola salınır.
Cixisyolu.com-ın məlumatına görə, respublikanın müxtəlif ərazilərində yataqxana,
sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda
müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı dekabrın 18-də
Bakı şəhərinin Qaradağ rayonundan yola salınır. Bu mərhələdə Füzuli şəhərinə
daha 22 ailə (94 nəfər) köçürülür.
Prezident, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli
Azərbaycan Ordusunun qazandığı Zəfər nəticəsində məcburi köçkünlərin 30 ildən
sonra könüllü, təhlükəsiz və ləyaqətlə doğma yurdlarına qayıtmasına imkan
yaranıb. Doğma yurda qayıdan Füzuli sakinləri hərtərəfli dövlət qayğısı ilə
əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident
Mehriban Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin, torpaqlarımızı işğaldan
qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə
minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət,
ailələrinə səbir diləyiblər.
Xatırladaq ki, indiyədək Füzuli şəhərinə 380 ailənin, yəni 1 392 nəfərin daimi
məskunlaşması təmin edilib.
Daha çox şəkil burada: PhotoStock.az
Aytac Qasımova