cf35c9dc-6f64-4b36-9180-392086d0decd..jpg

Füzulidə daha 39 ailəyə mənzillərinin açarları təqdim olunub – YENİLƏNİB + FOTO/VİDEO

Baxış sayı: 485 dəfə baxılıb.

Füzulidə daha 39 ailəyə mənzillərinin açarları təqdim olunub – YENİLƏNİB +
FOTO/VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Füzuli şəhərinə keçmiş məcburi köçkünlərin qayıdışı davam edir. Bu gün növbəti
köç karvanı ilə Füzuliyə çatan ailələrə yeni mənzillərinin açarları təqdim
olunub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, 39 ailə olmaqla, 150 nəfər Füzuli
sakini doğma yurduna qovuşub.

Yeni köçən ailələrə ANAMA-nın əməkdaşları tərəfindən mina və partlamamış
silah-sursatların təhlükəsi barədə ətraflı məlumat verilib. Naməlum əşyalar və
cisimlərdən uzaq durmaları və belə hallarla qarşılaşdıqları zaman müvafiq
qurumlara xəbər vermələri tövsiyə olunub.

Açarların təqdim edilməsi mərasimində Ağdam, Füzuli və Xocavənd rayonlarında
Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və
Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin rəsmiləri və digər şəxslər
iştirak ediblər.

Ailələr mənzillərinin açarlarını təhvil alaraq, yeni evlərində məskunlaşıblar.

Qarşıdakı günlərdə Füzuli şəhərinə ailələrin köçürülməsi davam edəcək.

12:38

Bakı şəhərinin Qaradağ rayonundan yola salınan növbəti köç karvanı Füzuli
şəhərinə çatıb.

“Report” xəbər verir ki, şəhərə çatan sakinlərin qarşılanma mərasimi keçirilib.

06:35

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Füzuli şəhərinə növbəti köç
karvanı yola salınıb.

Cixisyolu.com-ın məlumatına görə, respublikanın müxtəlif ərazilərində yataqxana,
sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda
müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı aprelin 23-də Bakı
şəhərinin Qaradağ rayonundan yola salınıb.

Bu mərhələdə Füzuli şəhərinə daha 39 ailə – 150 nəfər köçürülür.

Prezident, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli
Azərbaycan Ordusunun qazandığı Zəfər nəticəsində məcburi köçkünlərin 30 ildən
sonra könüllü, təhlükəsiz və ləyaqətlə doğma yurdlarına qayıtmasına imkan
yaranıb. Doğma yurda qayıdan Füzuli sakinləri hərtərəfli dövlət qayğısı ilə
əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident
Mehriban Əliyevayatəşəkkür ediblər. Onlar, həmçinin, torpaqlarımızı işğaldan
qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə
minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət,
ailələrinə səbir diləyiblər.

Xatırladaq ki, indiyədək Füzuli şəhərinə 744 ailənin, yəni 2 839 nəfərin daimi
məskunlaşması təmin edilib.

Daha çox foto burada: PhotoStock.az

Aytac Qasımova

Source link