733b4154-c0a3-4971-aea9-bdcd3b7747cc..jpg

Füzulidə gəncin ölümünə görə cinayət işi açılıb, şübhəli şəxs saxlanılıb – YENİLƏNİB

Baxış sayı: 408 dəfə baxılıb.

Füzulidə gəncin ölümünə görə cinayət işi açılıb, şübhəli şəxs saxlanılıb –
YENİLƏNİB
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Yanvarın 5-də saat 23 radələrində Füzuli rayonu, Kürmahmudlu kəndi ərazisində
2003-cü il təvəllüdlü Azər Allahverdiyevin öldürülməsi barədə rayon
prokurorluğuna məlumat daxil olub.

Baş Prokurorluqdan bildirilib ki, aparılan araşdırma zamanı 2005-ci il
təvəllüdlü Nemət Bayramlının aralarında yaranmış mübahisə zamanı Azər
Allahverdiyevə kəsici-deşici alətlə xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı
şübhələr müəyyən edilib.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam
öldürmə) maddəsilə cinayət işi başlanıb, Nemət Bayramlı iş üzrə şübhəli şəxs
qismində tutulub.

Hazırda cinayət işi üzrə ibtidai istintaq davam edir.

00:11

Yanvarın 5-də saat 23 radələrində Füzuli rayonu Kürdmahmudlu kəndində 2003-cü
il təvəllüdlü Azər Cahid oğlu Allahverdiyevin kəsimiş-deşimiş xəsarətlərdən
ölməsi barədə polisə məlumat daxil olub.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupundan
bildirilib.

Qeyd olunub ki, polis əməkdaşları tərəfindən cinayət əməlini törətməkfə
şübhəli bilinən şəxsin saxlanması istiqamətində tədbirlər görülür.

Source link