e54cf485-b099-4f9c-b06e-2f313e6687be.jpg

Füzulidə keçirilən əməliyyat zamanı üç kiloqram tiryək aşkarlanıb

Baxış sayı: 30 dəfə baxılıb.

Füzulidə keçirilən əməliyyat zamanı üç kiloqram tiryək, metamfetamin və
psixotrop tərkibli həblər aşkarlanıb.

Cixisyolu.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti
məlumat yayıb.

Bildirilib ki, Füzuli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata
keçirilən tədbir zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli
bilinən Ramil Yusifov saxlanılıb. Ondan üç kiloqramdan artıq tiryək,
metamfetamin və 100 ədəd metodon həbi aşkarlanıb. R.Yusifov narkotik vasitələri
maddi maraq qarşılığında şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşından
əldə etdiyini bildirib.

Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində həbs qətimkan
tədbiri seçilib, araşdırmalar davam etdirilir.

Füzulidə keçirilən əməliyyat zamanı üç kiloqram tiryək
aşkarlanıb
Füzulidə keçirilən əməliyyat zamanı üç kiloqram tiryək aşkarlanıb

Source link