bb513c3d-5dfb-4935-b7b6-0913c1e7d705..jpg

Füzulidə Qazaxıstan tərəfindən tikiləcək incəsənət məktəbinin təməlqoyma mərasimi keçirilib

Baxış sayı: 738 dəfə baxılıb.

Füzulidə Qazaxıstan tərəfindən tikiləcək incəsənət məktəbinin təməlqoyma
mərasimi keçirilib

İşğaldan azad edilmiş Füzuli şəhərində Qazaxıstan Respublikası tərəfindən ianə
və inşa olunacaq Kurmanqazı adına Uşaq Yaradıcılığının İnkişafı Mərkəzinin
təməlqoyma mərasimi keçirilib.

“Report” xəbər verir ki, mərasimdə Azərbaycan Respublikası Prezidentinin
Qarabağ iqtisadi rayonu üzrə xüsusi nümayəndəsi Emin Hüseynov, Qazaxıstan
Respublikasının Azərbaycandakı səfiri Serjan Abdıkarimov, layihəni həyata
keçirəcək icraçı şirkət “Bİ-Group” Holdinqin Direktorlar Şurasının sədri Aydın
Rahimbayev və digər səlahiyyətli şəxslər iştirak ediblər.

Layihəyə əsasən, incəsənət məktəbi Füzuli şəhərində ümumi sahəsi 1,5 hektar
olan ərazidə yerləşəcək. Tikinti sahəsi 2708 kvadratmetr, ikimərtəbəli binadan
ibarət olacaq məktəbdə hər biri 300 nəfər olmaqla, növbəli şəkildə 600 şagirdin
təhsil alması üçün lazımi şəraitin yaradılması nəzərdə tutulub. Burada,
şagirdlər üçün xanəndəlik sənəti, xalçaçılıq, heykəltaraşlıq və zərgərlik
sənətləri, musiqi və rəssamlıq dərsləri, həmçinin qrafik dizayn təlimləri üzrə
tədrisin təşkili planlaşdırılıb.

Qeyd edək ki, incəsənət məktəbinin layihəsi üzrə Azərbaycan və Qazaxıstan
nümayəndə heyətlərinin yer aldığı işçi qrupu yaradılıb, müvafiq görüşlər
keçirilərək, qarşıdakı hədəflər müzakirə olunub.

Digər layihələr kimi, bu layihə də Azərbaycan ilə Qazaxıstan arasındakı
ikitərəfli əlaqələrin inkişaf etdirilməsinə, o cümlədən işğaldan azad edilmiş
ərazilərdə incəsənət sahəsi üzrə təhsilin genişlənməsinə və yaxın bölgələrdən
olan istedadlı gənclərin bir araya toplanmasına öz töhfəsini verəcək.

Source link