bf276b64-448e-4f4e-84e6-3446ea5c877f..jpg

Füzulidə SOCAR brendli yeni yanacaqdoldurma stansiyası istifadəyə verilib – FOTO/VİDEO

Baxış sayı: 429 dəfə baxılıb.

Füzulidə SOCAR brendli yeni yanacaqdoldurma stansiyası istifadəyə verilib –
FOTO/VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İşğaldan azad olunmuş torpaqlarda bərpa və yenidənqurma işlərinə dəstək olmaq
məqsədilə “SOCAR Petroleum” QSC tərəfindən növbəti yanacaqdoldurma stansiyası
(YDS) istifadəyə verilib.

“SOCAR Petroleum”un verdiyi məlumata görə, SOCAR brendli modul tipli YDS
Füzuli şəhərində yerləşir.

Yanacaqdoldurma stansiyası Hacıqabul-Bəhramtəpə-Mincivan avtomobil yolundan
istifadə edən avtonəqliyyat vasitələri üçün əlverişlidir. Bu yol Beyləqan və
Füzuli rayonlarının ərazilərindən keçir.

“Aİ-92”, “Aİ-95” “Premium” və “Dizel” markalı yanacaq məhsullarının satışının
həyata keçiriləcəyi stansiyada iki yanacaqpaylayıcı avadanlıq quraşdırılıb.
Bununla da iki kiçik və iritutumlu avtonəqliyyat vasitələrinin yanacaqla təmin
edilməsi üçün müvafiq şərait yaradılıb.

Artıq Qarabağ və Şərqi Zəngəzurda – Füzuli, Şuşa, Ağdam, Laçın, Xankəndi
şəhərləri, Qubadlı (Eyvazlı kəndi), Xocavənd (Hadrut qəsəbəsi) və Cəbrayıl
(Şükürbəyli) rayonlarında fəaliyyət göstərən SOCAR brendli YDS-lərin sayı 9-a,
ümumilikdə isə ölkə ərazisində 59-a çatdırılıb.

“SOCAR Petroleum” QSC-nin strateji inkişaf planına uyğun olaraq ölkə
ərazisində müasir standartlara cavab verən YDS-lərin sayının bundan sonra da
artırılması planlaşdırılır.


Source link