Füzulidə top mərmisi aşkarlandı

Füzulidə top mərmisi aşkarlandı

Baxış sayı: 3. 450 dəfə baxılıb.

Füzulidə top mərmisi aşkarlanıb.

ÇıxışYolu.Com xəbər verir ki, bu barədə Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) məlumat yayıb.

Məlumata görə, Daxili İşlər Nazirliyinin  “102”  Xidməti-Zəng mərkəzi sistemindən Agentliyə Füzuli rayonu, Yuxarı Kürdmahmudlu kəndi ərazisində 1 ədəd mərminin tapılması barədə məlumat daxil olub.  

Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri tərəfindən yuxarıda adı qeyd olunmuş ərazidə 1 ev və həyətyanı sahəyə baxış keçirilib, aparılan təcili təxirəsalınmaz operativ əməliyyat axtarış tədbirləri nəticəsində 1 ədəd 125 mm-lik top mərmisi (BM-26) aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Aşkar olunmuş mərminin ətrafında 200 kv.m əraziyə yerüstü baxış keçirilib, bundan əlavə təhlükəli əşya və qurğu aşkar edilməyib.

www.ÇıxışYolu.Com