46be0224-3ef0-4616-b16c-40b9db96eb37..jpg

Füzuliyə köç edən keçmiş məcburi köçkünlərə mənzillərinin açarları təqdim edilib – YENİLƏNİB + FOTO/VİDEO

Baxış sayı: 573 dəfə baxılıb.

Füzuliyə köç edən keçmiş məcburi köçkünlərə mənzillərinin açarları təqdim
edilib – YENİLƏNİB + FOTO/VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakı şəhərinin Qaradağ rayonundan Füzuliyə yola salınan növbəti köç karvanının
qarşılanma mərasimi olub.

“Report” xəbər verir ki, tədbirdə Qaçqınların və Məcburi Köçkünlərin İşləri
üzrə Dövlət Komitəsinin və Azərbaycan Respublikası Prezidentinin Qarabağ
iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu
istisna olmaqla) xüsusi nümayəndəliyinin rəsmiləri iştirak ediblər.

Mərasim zamanı bu gün doğma yurda qayıdan daha 27 ailəyə (115 nəfər) açarlar
təqdim edilib.

12:18

Bakı şəhərinin Qaradağ rayonundan yola salan daha 27 ailə Füzuli şəhərinə
çatıb.

“Report” xəbər verir ki, şəhərdə doğma yurduna qayıdanların qarşılanma
mərasimi keçirilib.

Qeyd edək ki, bu gün Füzuliyə daha 115 nəfər keçmiş məcburi köçkün qayıdıb.
Bununla da şəhərdə 527 ailənin (1 969 nəfər) daimi məskunlaşması təmin edilib.

06:30

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Füzuli şəhərinə növbəti köç
karvanı yola salınıb.

Cixisyolu.com-ın məlumatına görə, respublikanın müxtəlif ərazilərində yataqxana,
sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda
müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı yanvarın 29-da
Bakı şəhərinin Qaradağ rayonundan yola salınıb. Bu mərhələdə Füzuli şəhərinə
daha 27 ailə – 115 nəfər köçürülüb.

Prezident, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli
Azərbaycan Ordusunun qazandığı Zəfər nəticəsində məcburi köçkünlərin 30 ildən
sonra könüllü, təhlükəsiz və ləyaqətlə doğma yurdlarına qayıtmasına imkan
yaranıb. Doğma yurda qayıdan Füzuli sakinləri hərtərəfli dövlət qayğısı ilə
əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident
Mehriban Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan
qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə
minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət,
ailələrinə səbir diləyiblər.

Xatırladaq ki, indiyədək Füzuli şəhərinə 527 ailənin (1 969 nəfər) daimi
məskunlaşması təmin edilib.

Daha çox foto burada: PhotoStock.az

Aytac Qasımova

Source link