59c2bfa5-b6f5-435e-a545-3d908f85f304..jpg

Füzuliyə köç edən sakinlərə mənzillərinin açarları təqdim edilib – YENİLƏNİB + FOTO/VİDEO

Baxış sayı: 485 dəfə baxılıb.

Füzuliyə köç edən sakinlərə mənzillərinin açarları təqdim edilib – YENİLƏNİB +
FOTO/VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakı şəhərinin Qaradağ rayonundan yola salınan növbəti köç karvanı Füzuli
şəhərinə çatıb.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən “Report”a
verilən məlumata görə, yeni köçürülən ailələrə mənzillərinin açarlarının
təqdimat mərasimi keçirilib.

Mərasimdə Dövlət Komitəsinin və Azərbaycan Respublikası Prezidentinin Qarabağ
iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu
istisna olmaqla) xüsusi nümayəndəliyinin rəsmiləri iştirak ediblər.

06:36

Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, yenidən qurulan
Füzuli şəhərinə keçmiş məcburi köçkünlərin qayıdışı davam edir.

Cixisyolu.com xəbər verir ki, noyabrın 27-də növbəti köç karvanı Bakı şəhərinin
Qaradağ rayonundakı “Qobu Park-3” yaşayış kompleksindən yola salınıb.

Bu mərhələdə Füzuli şəhərinə daha 25 ailə – 106 nəfər köçürülür.

Prezident, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli
Azərbaycan Ordusunun qazandığı Zəfər nəticəsində məcburi köçkünlərin 30 ildən
sonra könüllü, təhlükəsiz və ləyaqətlə doğma yurdlarına qayıtmasına imkan
yaranıb. Daha da gözəlləşən və abadlaşan Füzuli şəhərinin sakinləri hərtərəfli
dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci
vitse-prezidentMehriban Əliyevaya, torpaqlarımızı işğaldan azad edən rəşadətli
Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını
bildiriblər, bu yolda canlarından keçən şəhidlərimizi böyük ehtiramla yad
ediblər.

Köçürülən ailələr Füzuli şəhərində yenidən tikilən evlərdə məskunlaşacaqlar.

Bununla da Füzuli şəhərində 308 ailə, yəni 1 106 nəfərin daimi məskunlaşması
təmin edilib.

Daha çox foto burada: PhotoStock.az

Aytac Qasımova

Source link