6189fef4-edac-437d-8e55-30f5eb3ba9da..jpg

Füzuliyə qayıdan sakinlər üçün mina təhlükəsi ilə bağlı təlim keçirilib – FOTO

Baxış sayı: 618 dəfə baxılıb.

Füzuliyə qayıdan sakinlər üçün mina təhlükəsi ilə bağlı təlim keçirilib – FOTO

Keçmiş məcburi köçkünlərin Füzuli şəhərinə qayıdışı çərçivəsində ilk mərhələdə
köç edən 23 ailəyə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA)
tərəfindən Partlayıcı Sursatların Təhlükəsinə dair Maarifləndirmə təlimləri
keçirilib.

ANAMA-dan verilən məlumata görə, ümumilikdə 90-dan çox sakinin iştirak etdiyi
təlimdə iştirakçılara şübhəli ərazilərin əlamətləri, təhlükəli ərazilərdə
davranış qaydaları, xəbərdarlıq nişanları barədə məlumat verilib. Həmçinin,
sakinlərə nizam-intizamlı, məsuliyyətli və sayıq davranmağa, təhlükəsizliyinə
əmin olmadıqları ərazilərə daxil olmamağa, eləcə də şübhəli əşyalara
toxunmamağa dair çağırış edilib.

Təlimlər zamanı iştirakçılara xəbərdaredici və maarifləndirici qaydalar, eləcə
də müxtəlif növ mina təhlükəsini əks etdirən çap materialları paylanılıb.

Qeyd edilib ki, Qarabağ və Şərqi Zəngəzurda məskunlaşan əhalinin təhlükəsiz və
dayanıqlı yaşam tərzinin yaradılması üçün agentlik tərəfindən maarifləndirmə
tədbirləri davam etdirilir.

Source link