087e13a0-35dc-4fa1-b1f3-098d619c6720..jpg

Füzuliyə yola salınan 22 ailəyə mənzillərinin açarları təqdim olunub – YENİLƏNİB + FOTO

Baxış sayı: 475 dəfə baxılıb.

Füzuliyə yola salınan 22 ailəyə mənzillərinin açarları təqdim olunub –
YENİLƏNİB + FOTO

Oktyabrın 11-də Bakı şəhərinin Qaradağ rayonundakı “Qobu Park-3” yaşayış
kompleksindən yola salınan növbəti köç karvanı Füzuli şəhərinə çatıb.

Yeni köçürülən ailələrə mənzillərinin açarlarının təqdimat mərasimi keçirilib.

Mərasimdə Azərbaycan Respublikası Prezidentinin Qarabağ iqtisadi rayonuna
daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla)
xüsusi nümayəndəliyinin və Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə
Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər.
Köçürülən ailələr Füzuli şəhərində yenidən tikilən evlərdə məskunlaşacaqlar.

Bu mərhələdə Füzuli şəhərinə daha 22 ailə – 59 nəfər köçürülüb. Bununla da
Füzuli şəhərində 187 ailə, yəni 661 nəfərin daimi məskunlaşması təmin edilib.

06:45

Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb.

Cixisyolu.com-ın məlumatına görə, Qaradağ rayonu, Lökbatan qəsəbəsində məcburi
köçkünlər üçün inşa edilmiş “Qobu Park-3” yaşayış kompleksinin qarşısından 22
ailə (59 nəfər) Füzuli şəhərinə yola salınıb.

Xatırladaq ki, Füzuli şəhərində indiyədək 165 ailə, yəni 602 nəfərin daimi
məskunlaşması təmin edilib.

Daha çox şəkil burada: PhotoStock.az

Aytac Qasımova

Source link