dbdf615b-2121-4815-8be6-ce5de5244b11.webp

Gədəbəy ərazisindən axan Şəmkirçaydan sel keçir – FAKTİKİ HAVA – (17.10.2024)

Baxış sayı: 204 dəfə baxılıb.

Yağan intensiv güclü yağıntılar nəticəsində Gədəbəy rayonu ərazisindən axan
Şəmkirçaydan sel keçir.

Bu barədə Cixisyolu.com-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, Daşkəsən, Gədəbəy, Göygöl, Şuşa, Kəlbəcər, Füzuli, Xocalı,
Xocavənd, Xankəndi, Gəncə, Şəmkir, Balakən, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı,
Şamaxı, Qobustan, Altıağac, Quba, Qusar, Qrız, Xaltan, Şabran, Şahdağ,
Mingəçevir, Yevlax, Göyçay, Zərdab, Kürdəmir, Sabirabad, Cəfərxan, Neftçala,
Biləsuvar, Yardımlı, Lənkəran, Bakıda və Abşeron yarımadasında arabir leysan
xarakterli yağış yağır.

Şimal-qərb küləyi arabir Bakıda və Abşeron yarımadasında 25 m/s, sarı
xəbərdarlığa uyğun olaraq isə Lerikdə 19 m/s-dək güclənib.

Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 2.3 metrə
çatıb.

10:08

Ölkə ərazisində qeyri-sabit, yağıntılı hava şəraiti davam edir, bəzi yerlərdə
arabir şimşək çaxır, leysan xarakterli yağış yağır. Şahdağa isə qar yağır.

Cixisyolu.com xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat
verilib.

Bildirilib ki, düşən yağıntının miqdarı Qaxda (Sarıbaş) 38 mm, Zaqatalada
(Əlibəy) 35 mm, Gədəbəydə 31 mm, Şəkidə 26 mm, Gəncədə 20 mm, Şahdağ,
Daşkəsəndə 18 mm, Qusarda 17 mm, Göygöldə 15 mm, Oğuz və Sədərəkdə 14 mm,
Şəmkir və Qəbələdə 13 mm, Qubada 12 mm, Tovuz və Balakəndə 11 mm, Qrız və
Şahbuzda 10 mm, Şərurda 8 mm, Bərdə və Naftalanda 7 mm, Tərtər, Yevlax, Ağdam,
Mingəçevir, Naxçıvan, Kəlbəcər, Şamaxı, Xaltan, Göyçay, Ağstafa, İsmayıllı,
Qobustan, Ağdam, Zəngilan, Zərdab, Goranboy, Sabirabad, Şabran, Altıağac,
Culfa, Füzuli, Şuşa, İmişli, Neftçala, Salyan, Biləsuvar, Ağsu, Ağcabədi,
Ordubad, Ceyrançöl, Xaçmaz və Xınalıqda 6 mm-dək, Bakıda və Abşeron
yarımadasında bir mm-dək olub.

Lerik, Göygöl, Gəncə, Balakən, Şəki, Qəbələ, Altıağac, Sumqayıt, Şəmkir, Qax,
Oğuz, Şamaxı, Qobustan, Qusar, Yevlax və Göyçayda duman müşahidə olunub.

Sarı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyinin sürəti arabir Bakıda və
Abşeron yarımadasında 18 m/s, Şahdağ, Daşkəsəndə 20 m/s, Kəlbəcər, Goranboyda
19 m/s, Mingəçevir 18 m/s, Ağdam 16 m/s-dək güclənib.

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 16, Naxçıvan MR-də
8, Aran rayonlarında 14, dağlıq rayonlarda 5 dərəcəyədək isti qeydə alınıb.

Source link