d0d32f32-053f-437a-869d-3aa9f11b895a..jpg

Gədəbəy istiqamətində mövqelərimiz atəşə tutulub

Baxış sayı: 511 dəfə baxılıb.

Gədəbəy istiqamətində mövqelərimiz atəşə tutulub

Sentyabrın 16-si saat 19:50 radələrində Ermənistan silahlı qüvvələrinin
bölmələri Çəmbərək rayonunun Cil yaşayış məntəqəsi istiqamətində yerləşən
mövqelərindən Azərbaycan Ordusunun Gədəbəy rayonunun Əyrivəng yaşayış məntəqəsi
istiqamətində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan atəşə
tutublar.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə cavab tədbirləri görülüb.

Source link