c0a1645c-d65f-43e3-8454-6f867f3a6f42..jpg

Gədəbəy istiqamətində mövqelərimiz yenidən atəşə tutulub – YENİLƏNİB + VİDEO

Baxış sayı: 641 dəfə baxılıb.

Gədəbəy istiqamətində mövqelərimiz yenidən atəşə tutulub – YENİLƏNİB + VİDEO

Sentyabrın 11-i saat 22:00-dan 22:10-dək Ermənistan silahlı qüvvələrinin
bölmələri Çəmbərək rayonunun Cil və İmirli yaşayış məntəqələri istiqamətlərində
yerləşən mövqelərindən Azərbaycan Ordusunun Gədəbəy rayonunun Əyrivəng, Göyəli
və Qaravəllər yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini
müxtəlif çaplı atıcı silahlardan bir neçə dəfə atəşə tutub.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən bildirilib.

Ordumuzun bölmələri tərəfindən qeyd olunan istiqamətlərdə cavab tədbirləri
görülüb.

21:56

Sentyabrın 11-i saat 20:40-da Ermənistan silahlı qüvvələrinin bölmələri
Çəmbərək rayonunun Cil yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən
Azərbaycan Ordusunun Gədəbəy rayonunun Novoivanovka yaşayış məntəqəsi
istiqamətində yerləşən mövqelərini atıcı silahlardan yenidən atəşə tutub.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə cavab
tədbirləri görülüb.

16:11

Sentyabrın 11-i saat 13:30-da Ermənistan silahlı qüvvələrinin bölmələri
Çəmbərək rayonunun Cil yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən
Azərbaycan Ordusunun Gədəbəy rayonunun Novoivanovka yaşayış məntəqəsi
istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə cavab tədbirləri görülüb.


Source link