335d35c4-8b14-4bc3-83bb-bc733a8b600d..jpg

Gədəbəydə Ermənistanla həmsərhəd ərazidə yanğın zamanı mina partlayıb

Baxış sayı: 474 dəfə baxılıb.

Gədəbəydə Ermənistanla həmsərhəd ərazidə yanğın zamanı mina partlayıb
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanın Ermənistanla sərhəddə yerləşən Gədəbəy rayonu, Novoivanovka
kəndinə yaxın ərazidə baş verən yanğın zamanı mina partlayıb.

“Report”un Qərb bürosunun məlumatına görə, yanğın hələ də davam edir.

Əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) Gədəbəy rayon Yanğından Mühafizə
Hissəsinin yanğınsöndürən maşınları, canlı qüvvəsi və digər qurumların
əməkdaşları cəlb olunublar.

Yanğın həmsərhəd ərazidə baş verdiyindən, həmçinin mina təhlükəsi nəzərə
alınaraq yanğına tam müdaxilə etmək hələlik mümkün olmayıb. Alovun Novoivanovka
kənd ərazisinə keçməməsi və təhlükənin artmaması üçün tədbirlər görülür.

Source link