Gədəbəydə səkkizinci sinifdə oxuyan şagirdin adı niyə jurnala yazılmayıb? –
VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Gədəbəydə səkkizinci sinif şagirdinə növbəti tədris ilindən məktəbə gələ
bilməyəcəyi deyilib.
Xezerxeber.az-ın məlumatına görə, şagirdin valideyni iddia edib ki, məktəbin
direktoru səkkiz il uşağı xəlvət oxudaraq, adını jurnala yazmayıb. Məktəbə yeni
direktor təyin ediləndən sonra isə vəziyyətin fərqli olduğu anlaşılıb.
Sözügedən məsələdə valideyn məktəbi, məktəb isə valideyini ittiham edib.
Gədəbəy rayonunun Şahdağ kənd sakini Mehparə Abdullayeva iddia edib ki,
səkkizinci sinif şagirdi olan qızı bu günə kimi orta məktəbdə oxusa da, adı
qeydiyyata salınmayıb.
Məktəbdən ailəyə bildirilib ki, şagirdin məktəb həyatı bu il yekunlaşacaq və
o, digər siniflərdə təhsilinə davam edə bilməyəcək.
Şahdağ kənd orta məktəbinin direktoru Rəşad Mirzəyev bildirilib ki, sözügedən
şagird üçün orta məktəbin birinci sinfinə vaxtından gec müraciət edilib. Mövcud
qaydalara görə, uşaq səkkiz yaşından sonra müraciət etdiyindən o, fərdi təhsilə
cəlb edilib.
Valideyn bildirib ki, onun övladına bu müdddət ərzində fərdi qaydada yox,
digər şagirdlərlə birgə dərs keçilib. Məktəb rəhbərliyi isə bu fikirlərin
əsassız olduğunu bildirib.
Ətraflı süjetdə: