d712cdc1-bbb7-47ba-82b7-91fbdc347646..jpg

Gələn həftə partiyaların MSK-ya hesabat vermə müddəti başa çatır

Baxış sayı: 925 dəfə baxılıb.

Gələn həftə partiyaların MSK-ya hesabat vermə müddəti başa çatır

Gələn həftə siyasi partiyaların Azərbaycan Mərkəzi Seçki Komissiyasına (MSK)
2022-ci il üzrə maliyyə hesabatı təqdim etmələri üçün nəzərdə tutulan müddət
başa çatır.

Qanunvericiliyə əsasən, siyasi partiyalar illik maliyyə hesabatlarını auditor
rəyi ilə birlikdə hər il aprel ayının 1-dən gec olmayaraq MSK-ya təqdim
etməlidirlər.

Bu il aprelin 1-i şənbə gününə təsadüf etdiyi üçün partiyalar illik maliyyə
hesabatlarını martın 31-dək MSK-ya təqdim etməlidirlər.

MSK-nın rəsmi saytına əsasən, indiyədək heç bir siyasi partiya illik maliyyə
hesabatlarını auditor rəyi ilə birlikdə quruma təqdim etməyib.

Source link