Gələn il əmlak bazarında qiymətlər necə olacaq? – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Söküntülərin aparılması və torpaq sahələrinin azlığı, bu il ərzində paytaxtın
mənzil bazarında qiymətlərə xeyli təsir edib.
Xezerxeber.az-ın məlumatına görə, həm yeni, həm də təkrar mənzil bazarında
qiymətlər sürətlə artıb. Ekspertlər bildirir ki, hətta ilin əvvəlində 10-15
faizə qədər artım müşahidə edilib.
Əmlak Məsələləri üzrə ekspert Nofəl Quliyev deyir ki, 2022-ci ilin oktyabr
ayından, yəni Rusiya-Ukrayna müharibəsi başlayandan sonra Azərbaycana insan
axını, o cüməldən də kapital axını baş verdi. Bundan sonra mənzil bazarında
canlanma yarandı. Bu da qiymətlərə təsir edən amillərdən biridir.
Bəs növbəti ildə Azərbaycanda əmlak bazarında hansı yeniliklər olacaq?
Qiymətlərdə enmə müşahidə ediləcək?
Ətraflı süjetdə: