2024-cü ildə Azərbaycanda 67 şəhər və rayondan cəmi 5-i öz xərclərini ödəyə
bilməyəcək, başqa sözlə, onlara dövlət büdcəsindən vəsait ayrılacaq.
Cixisyolu.com xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə, həmin şəhər və rayonlar Cəbrayıl, Xocalı, Xocavənd, Kəlbəcər və
Yardımlıdır. Onların yerli gəlirlərini və xərclərini tənzimləmək üçün gələn
ilin büdcəsində 5,287 milyon manat vəsait nəzərdə tutulub.
Beləliklə, 62 şəhər və rayon büdcədən asılı olmayacaq, xərclərini gəlirləri
hesabına maliyyələşdirə biləcək.