d3cf4138-3c50-4ef8-b4cc-b42aa6584117..jpg

Gələn il ali təhsil xərcləri iki dəfəyə qədər artırılır

Baxış sayı: 599 dəfə baxılıb.

Gələn il ali təhsil xərcləri iki dəfəyə qədər artırılır
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Gələn il təhsil xərcləri 4 549 916 090 manat proqnozlaşdırılır.

Bu, “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” qanun
layihəsində əksini tapıb.

Bu, 2023-cü illə müqayisədə 142 751 761 manat, yaxud 3,2 faiz çoxdur. 2023-cü
ildə təhsil xərcləri 4 407 164 329 manat nəzərdə tutulub.

2023-cü illə müqayisədə ən çox artım ali təhsil xərcləri sahəsində olacaq. Ali
təhsil xərcləri 64 199 313 manat, başqa sözlə, 91 faizə, yaxud iki dəfəyə qədər
artırılaraq 70 606 841 manatdan 134 806 154 manata qaldırılır. Məktəbəqədər
təhsil xərcləri 11,9 faiz artırılaraq 453 018 349 manata, ümumi təhsil xərcləri
13 faiz artırılaraq 2 371 983 758 manata, peşə təhsili xərcləri 20 faiz
artırılaraq 77 135 017 manata, orta ixtisas təhsili xərcləri 16?6 faiz
artırılaraq 101 114 397 manata, əlavə təhsil xərcləri 75 faiz artırılaraq 20
727 009 manata yüksəldilir. Gələn il təhsil sahəsində tətbiqi tədqiqatlar 7 586
356 manat ayrılır ki, bu da 2023-cü illə müqayisədə 10,1 faiz çoxdur. Təhsil
sahəsində digər müəssisə və tədbirlərə ayrılan xərclər isə azaldılır. 2024-cü
ildə bu məqsədlə 1 383 545 050 manat ayrılması proqnozlaşdırılıb ki, bu da
2023-cü illə müqayisədə 279 466 574 manat, yaxud 16,8 faiz azdır.

Source link