0cfa6f86-2e66-49a8-a08b-cfd73f611fc4..jpg

Gələn il azad olunmuş ərazilər üçün ayrılan vəsaitin hansı istiqamətlərdə xərclənəcəyi məlum olub

Baxış sayı: 734 dəfə baxılıb.

Gələn il azad olunmuş ərazilər üçün ayrılan vəsaitin hansı istiqamətlərdə
xərclənəcəyi məlum olub
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“İşğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası” tədbiri
xərclərinə 2024-cü ildə 3825,0 milyon manat vəsaitin ayrılması nəzərdə tutulub
ki, bu da 2023-cü ilin təsdiq edilmiş göstəricisindən 975,0 milyon manat və ya
20,3% azdır.

APA xəbər verir ki, bu, Hesablama Palatasının “2024-cü ilin dövlət büdcəsi
haqqında” qanun layihəsinə rəyində əksini tapıb.

Həmin vəsaitin 3 316,3 milyon manatı infrastruktur təyinatlı layihələrin
tikintisinə, yenidən qurulmasına (avtomobil yollarının yenidən qurulmasına 2
725,1 milyon manat, yeni yaşayış komplekslərinin layihələndirilməsi və
tikintisi işlərinin aparılmasına 258,2 milyon manat, meliorasiya tədbirlərinin
icrasına 131,2 milyon manat, dəmir yollarının yenidən qurulmasına 98,9 milyon
manat, kommunal infrastrukturun bərpasına 63,5 milyon manat, kadastr
xidmətlərinin həyata keçirilməsinə 3,7 milyon manat , bərk məişət tullantıları
infrastrukturunun yaradılmasına 1,4 milyon manat və digər infrastruktur
layihələrinin icrasına 34,3 milyon manat), 51,0 milyon manatı ərazilərin
minalardan təmizlənməsinə, 34,5 milyon manatı sosial təyinatlı layihələrin
(təhsil, səhiyyə, mədəniyyət və bu kimi digər sosial tədbirlərə), 27,9 milyon
manatı isə digər tədbirlərin icrasına yönəldilib.

Aparılmış təhlillər, eləcə də əvvəlki və cari ilin büdcə icrası prosesində
müvafiq istiqamətdə xərclərə dəyişikliklərin edilməsi təcrübəsi və büdcə-vergi
siyasətinin istiqamətləri ilə bağlı məlumatlar növbəti ildə də müvafiq
məsələnin aktual olacağı barədə qənaətə gəlməyə imkan verir.

Qeyd edək ki, 2024-cü il üzrə “İşğaldan azad olunmuş ərazilərin yenidən
qurulması və bərpası” tədbiri xərclərinin təhlili bu xərc üzrə artım
istiqamətində düzəlişlərin və ya icra prosesində digər xərc istiqamətlərindən
qənaətin yönəldilməsi ehtimalının yüksək olduğunu deməyə imkan verir.

Source link