b18e76c5-efed-4834-8f18-5df45e19454b..jpg

Gələn il azad olunmuş ərazilərdə 65 min hektar sahə minalardan təmizlənəcək

Baxış sayı: 597 dəfə baxılıb.

Gələn il azad olunmuş ərazilərdə 65 min hektar sahə minalardan təmizlənəcək
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Gələn il azad olunmuş ərazilərdə 65 min hektar sahə minadan təmizlənəcək”.

“Report” xəbər verir ki, bunu Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA)
Maarifləndirmə, Beynəlxalq və İctimaiyyətlə Əlaqələr İdarəsinin müdir müavini
Fərhad İsayev dekabrın 4-də Bakıda keçirilən “Azərbaycanda əlilliyi olan
şəxslərin və mina qurbanlarının müdafiəsi” mövzusunda dəyirmi masada çıxışı
zamanı deyib.

Onun sözlərinə görə, son üç ildə 113 698 ərazi minalardan təmizlənib. 30 763
piyada əleyhinə, 18 546 tank əleyhinə mina, 60 623 partlamamış hərbi sursat
aşkarlanıb.

“Axtarışlara 2 075 nəfərlik əməliyyat heyəti, 63 minatəmizləyən maşın, 151
minaaxtaran it cəlb olunub. Bu il üçün təmizlənməli olan 50 min hektar ərazi
müəyyən edilib. Bu, builki iş planıdır, növbəti il iş planı 60-65 min hektar
ərazini əhatə edəcək”, – deyə F.İsayev əlavə edib.

Source link