Gələn ilin ortalarına qədər Bakıətrafı dəmir yolunda bir neçə stansiya istifadəyə veriləcək.
ÇıxışYolu.Com xəbər verir ki, bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, Bakıətrafı dəmir yolunun ikinci hissəsinin istifadəyə verilməsi üzrə işlər davam etdirilir:
“2019-cu ilin ortalarında “Koroğlu” metro stansiyasının yaxınlığından keçməklə Bakıxanov, Sabunçu, Zabrat-1, Zabrat-2, Məhəmmədli, Fatmayi, Novxanı, Sumqayıt stansiyalarını birləşdirən dəmir yolunun açılışı olacaq”.