Gələn il beynəlxalq audit təşkilatının işçi qrupunun illik toplantısı
Azərbaycanda keçiriləcək – FOTO
EUROSAI WGEA-nın (Ali Audit Qurumlarının Avropa Təşkilatının Ətraf Mühitin
Auditi üzrə İşçi Qrupu) illik toplantısı gələn il Azərbaycanda keçiriləcək.
Hesablama Palatasından verilən məlumata görə, bununla bağlı qərar EUROSAI
WGEA-nın Çexiyanın paytaxtı Praqa şəhərində keçirilən illik toplantısında
verilib.
Toplantıda Hesablama Palatası dövlət gəlirlərinin və iqtisadi sahələrin auditi
şöbəsinin müdiri Azim Abasov, həmin şöbənin böyük məsləhətçisi Nazim Nağdəliyev
və Beynəlxalq fəaliyyət, təlim və metodoloji təminat şöbəsinin məsləhətçisi
Nərminə İsayeva təmsil ediblər.
Tədbirdə iqlimdə və ətraf mühitdə baş vermiş dəyişikliklər və onların
təsirləri, eyni zamanda dayanıqlı enerji, bərpaolunan enerji, enerji
effektivliyi, havaya istixana qazlarının buraxılmasının azaldılması sahəsində
görülən işlər barədə təqdimatlar edilib, həmçinin mövzulara uyğun olaraq
seminarlar şəklində müzakirələr aparılıb.
Qeyd edək ki, EUROSAl WGEA-nin illik toplantısında üzv AAQ-lardan 70-dən çox
nümayəndə iştirak edib.