03b85e78-3f9f-44b7-94ea-b4022c5f861c..jpg

Gələn il kimlərin kreditləri silinəcək? – AÇIQLAMA

Baxış sayı: 522 dəfə baxılıb.

Gələn il kimlərin kreditləri silinəcək? – AÇIQLAMA
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“2024-cü ilin dövlət büdcəsindən fiziki şəxslərin problemli kreditlərinin
həlli ilə üçün 1.7 milyon manat kompensasiya ödənişlərinin həyata keçirilməsi
nəzərdə tutulur. Bununla bağlı çoxsaylı sualların olmasını nəzərə alaraq qeyd
etmək istərdik ki, əvvəlki illərdə də bu məqsədə dövlət büdcəsindən vəsaitlərin
ayrılması nəzərdə tutulurdu“.

Cixisyolu.com xəbər verir ki, bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və
sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov deyib.

“Bu ilin sentyabrında Qarabağda aparılan antiterror əməliyyatlarında şəhid
ailəsi statusu almış ailələrin kredit borcunun silinməsi də qanunveririclikdə
öz əksini tapıb. Qeyd edək ki, “Vergi Məcəlləsinə” əsasən, Vətən müharibəsi
iştirakçılarının və Vətən müharibəsində, habelə Vətən müharibəsindən sonra
Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatları və
hərbi təxribatlar nəticəsində şəhid ailəsi statusu almış və əlilliyi müəyyən
edilmiş şəxslərin banklara və digər kredit təşkilatlarına olan borclarının
silinməsindən əldə olunan gəlirlərə aid edilmir. Müəyyən edilmiş silinən
borcların əsas məbləği üzrə yaradılmış ehtiyatlar gəlirdən çıxılan xərclərə
aid edilir.

Bu baxımdan, qeyd olunan priortitet qruplar üçün kredit borcunun silinməsi
növbəti ildə də nəzərə alınacaq. Bu isə, həmin ailələrin sosial təminatının
gücləndirilməsi məqsədi daşıyır”, – deyə deputat bildirib.

Source link