729c8a6f-2a41-4b4c-80a7-c1c746a73d1a..jpg

Gələn il təhsilə nə qədər pul xərclənəcək? – VİDEO

Baxış sayı: 557 dəfə baxılıb.

Gələn il təhsilə nə qədər pul xərclənəcək? – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Son üç ildə Azərbaycanda qəzalı məktəblərin sayı 30% azalıb. Bu dövr ərzində
275 məktəbin tikintisi və ya əsaslı təmiri aparılıb”.

Bunu Baş nazir Əli Əsədov dekabrın beşində keçirilən parlamentin plenar
iclasındakı çıxışı zamanı deyib.

Onun sözlərinə görə, növbəti il üzrə təhsil xərclərinə 4,5 milyard manat
vəsaitin ayrılacağı proqnozlaşdırılır ki, bu da 2023-cü illə müqayisədə 3,2%
çoxdur:

“Strategiyada “Təhsil” bölməsinin doqquz fəaliyyət istiqaməti üzrə 17 tədbirin
2024-cü ildə həyata keçirilməsi ilə bağlı xərclər üçün 247 milyon manat və ya
32% çox vəsait nəzərdə tutulub. Bu tədbirlər təhsilin bütün istiqamətlərini
əhatə edir. Bir neçə gün əvvəl (28 noyabr) dövlət başçısının Xankəndi şəhərində
Qarabağ Universitetinin yaradılması haqqında Sərəncam imzalaması Qarabağ
regionunun zəngin təhsil ənənələrinin yaşadılmasına, həmin regionda
yüksəkixtisaslı kadrların hazırlanmasına əhəmiyyətli töhfədir”.

Ə.Əsədov bildirib ki, hazırda IV Sənaye İnqilabı dövründə süni intellekt,
yüksək texnologiyalar və rəqəmsal transformasiyaların təsiri altında bütün
dünyada, həmçinin Azərbaycanda əmək bazarında yeni, tam fərqli vəziyyət yaranır:

“Ölkədə müasir biliklərə malik yüksəkixtisaslı mütəxəssislərin, innovativ
texnologiyaları mənimsəyən rəqabətqabiliyyətli kadrların hazırlanmasının
vacibliyini nəzərə alaraq bu istiqamətdə zəruri dəstək artırılacaq”.

Ətraflı Baku TV-nin süjetində:


Source link