Gəlin toydan bir gün qabaq qaçdı: Salyanda nə baş verib? – VİDEO

Gəlin toydan bir gün qabaq qaçdı: Salyanda nə baş verib? – VİDEO

Baxış sayı: 2. 380 dəfə baxılıb.

Gəlin toydan bir gün qabaq qaçdı: Salyanda nə baş verib? – VİDEO

Salyan rayonunun Qaraçala qəsəbəsində gəlin toydan bir gün qabaq, el arasında “ciyər axşamı” deyilən mərasim axşamı başqa şəxsə qoşularaq qaçıb.

Vəziyyəti belə görən oğlan evi, toya dəvət etdiyi qonaqların yanında başıaşağı olmamaq üçün bir neçə saat ərzində başqa gəlin taparaq, evinə gətirib.

ÇıxışYolu.Com xəbər verir ki, Space TV-yə danışan bəyin dayısı qızı Rza adlı oğlanın qaçırdığını bildirib.

“Həmin oğlan 2-3 il bundan əvvəl mənim dayım qızını almışdı. 2 il ailəli olduqdan sonra dayım qızı acıq eləyib atası evinə qayıtdı. Hələ boşanmayıblar. İndi də xalam qızını qaçırdı”. 

Bəyin dayısı deyir ki, yaranmış vəziyyətə görə məhkəməyə müraciət edəcək, səbəb isə baş vermiş hadisəyə görə düşdükləri ziyandır.

Qaraçala kəndindən süjeti təqdim edirik:

www.ÇıxışYolu.Com