4bfe9b4e-9d12-481b-982f-1d5f438f3e2e..jpg

Gəlinini güllələyib qətlə yetirmişdi – Həbsdə öldü

Baxış sayı: 641 dəfə baxılıb.

Gəlinini güllələyib qətlə yetirmişdi – Həbsdə öldü
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

2021-ci ildə Şəmkir rayonunun Yeni Həyat qəsəbəsində gəlini, 1985-ci il
təvəllüdlü Səma Qasımovanı güllələyərəkqətlə yetirən
Sahib Həsənov cəzaçəkmə müəssisəsində vəfat
edib.

“Qafqazinfo” xəbər verir ki, diz nahiyəsinin irinləyən yarası, fleqmona,
septiki toksiki şok diaqnozu ilə Penitensiar Xidmətin Müalicə müəssisəsinə
daxil olan 1959-cu il təvəllüdlü S.Həsənov orada dünyasını dəyişib.

Oktyabrın 18-də Gəncə Ağır Cinayətlər Məhkəməsində S.Həsənov barəsində açılmış
cinayət işi üzrə məhkəmənin son iclasında onun vəfat etməsi səbəbindən cəza
təyin edilməyib.

Sahib Həsənov xüsusi amansızlıqla adam öldürməkdə, həmçinin iki və ya daha çox
şəxsi öldürməyə cəhddə təqsirləndirilib. Belə ki, hadisə vaxtı o, oğlu Nicat
Həsənovu qətlə yetirməyə çalışıb və ilk olaraq övladına atəş açıb. Lakin
birinci güllə Nicatın başını sıyıraraq keçib və ona ciddi zərər vurmayıb.
S.Həsənov ikinci dəfə atəş açarkən oğlunun arvadı Səma Qasımova özünü güllənin
qarşısına atıb və qarın nahiyəsindən xəsarətlər alıb. O, xəstəxanaya çatdırılıb
və daha sonra Bakıdakı klinikaya köçürülüb. Əməliyyat edilsə də, S.Qasımova 3
gün sonra vəfat edib.

Source link