bbea8065-7ce7-4cbf-ae3b-ae2c583a0ea1..jpg

Gəlinini və azyaşlı nəvəsini baltalayan şəxsin məhkəməsi başlayır

Baxış sayı: 592 dəfə baxılıb.

Gəlinini və azyaşlı nəvəsini baltalayan şəxsin məhkəməsi başlayır

Sumqayıtda gəlinini və nəvəsini baltalayan şəxsin cinayət işi üzrə ibtidai
istintaq başa çatıb.

APA xəbər verir ki, istintaq orqanı tərəfindən təqsirləndirilən Şahbala
Mirzəməmmədovun cinayət işi üzrə toplanmış materiallar baxılması üçün Sumqayıt
Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş hakim Hafiz Əliyevin sədrliyi ilə araşdırılacaq. İş üzrə məhkəmənin
hazırlıq iclası sentyabrın 25-nə təyin olunub.

Qeyd edək ki, 1953-cü il təvəllüdlü Şahbala Mirzəməmmədov bu ilin mart ayında
gəlini – 1983-cü il təvəllüdlü Sevinc Məhərrəmova və 2014-cü il təvəllüdlü
nəvəsinə balta ilə ağır xəsarətlər yetirib.

Təqsirləndirilən Şahbala Mirzəməmmədov Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi
amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham
olunur.

Source link