fc27e9f8-4252-4a94-a86a-ae083ce1cb48..jpg

Gəncə polisindən əməliyyat: Siqnal tapançasından odlu silah düzəldən saxlanıldı – FOTO/VİDEO

Baxış sayı: 903 dəfə baxılıb.

Gəncə polisindən əməliyyat: Siqnal tapançasından odlu silah düzəldən
saxlanıldı – FOTO/VİDEO

Gəncə Şəhər Baş Polis İdarəsinin (ŞBPİ) 1-ci Polis Şöbəsinin əməkdaşlarının
daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri
nəticəsində qanunsuz olaraq odlu silah əldə edib saxlamaqda şübhəli bilinən,
şəhər sakini, əvvəllər məhkum olunmuş Adil Məmmədov şəhər ərazisində
saxlanılaraq polis şöbəsinə gətirilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən
məlumata görə, onun üzərində şəxsi axtarış keçirilən zaman bir ədəd atəşə
yararlı “SPŞ” markalı siqnal tapançasından kustar üsulla hazırlanmış odlu silah
və bir ədəd boş giliz aşkar edilərək götürülüb.

Baş İdarənin 3-cü Polis Bölməsinin əməkdaşlarının da keçirdikləri
əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq odlu silah əldə edib
saxlamaqda şübhəli bilinən daha bir nəfər saxlanılıb. Şəhər sakini, əvvəllər
məhkum olunmuş Elmar Həsənovun yaşadığı evə qanunla müəyyən edilmiş qaydada
baxış keçirilən zaman bir ədəd qoşalülə, qundağı və lüləsi kəsilmiş, 16
kalibrli ov tüfəngi aşkarlanıb.

Götürülən maddi sübutlar ekspertizaya göndərilib, faktlarla bağlı Gəncə
ŞBPİ-nin İstintaq və Təhqiqat İdarəsində cinayət işi başlanılıb, araşdırmalar
davam etdirilir.


Source link