966f7a44-049f-44fe-a81e-ad91ebfe0109..jpg

Gəncə sakini Biləsuvarda külli miqdarda narkotiklə tutuldu – FOTO

Baxış sayı: 415 dəfə baxılıb.

Gəncə sakini Biləsuvarda külli miqdarda narkotiklə tutuldu – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Gəncə şəhər sakini Biləsuvarda külli miqdarda narkotik vasitə ilə saxlanılıb.
Əməliyyat zamanı ümumilikdə 2,5 kiloqramdan artıq güclü təsiredici xassəyə
malik narkotik vasitələr qanunsuz dövriyyədən çıxarılıb.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə,
Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşlarının narkotik vasitələrin qanunsuz
dövriyyəsinə qarşı rayon ərazisində keçirdikləri əməliyyat zamanı Gəncə şəhər
sakini Elnur Allahverdiyev saxlanılıb. Şəxsi axtarış zamanı ondan iki kiloqram
heroin, 535 qram tiryək aşkarlanaraq götürülüb.

Faktla bağlı Biləsuvar RPŞ-də araşdırma aparılır.

Source link