Gəncə sakininin bank kartından pul oğurlandı
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Gəncə sakininin bank hesabından oğurluq edilib.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, şəhər sakini olan
bir nəfərin bank kartından hesabındakı 327 manat pulu oğurlanıb.
Gəncə şəhər Baş Polis İdarəsinin 3-cü Polis Bölməsi əməkdaşlarının
keçirdikləri tədbirlərlə oğurluqda şübhəli bilinən Gəncə sakini B.Paşayev
saxlanılıb.
Araşdırma aparılır.